Ana Sayfa > M / Karusel / Siyasət > Vyaçeslav Qayzer barəsində cinayət işi qaldırılıb

Vyaçeslav Qayzer barəsində cinayət işi qaldırılıb


19-09-2015, 19:36. Yazar: Xeberaz
Vyaçeslav Qayzer barəsində cinayət işi qaldırılıb
O cinayətkar dəstəyə rəhbərlik etməkdə şübhəli bilinir.

Rusiya Federasiyasının Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzer barəsində cinayət işi qaldırılıb.

Xəbəraz.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

V. Markin bildirib ki, V. Qayzer onun müavini Aleksey Çernov, o cümlədən Aleksandr Zarubin və Valeriy Veselov adlı şəxslərdən ibarət cinayətkar dəstəyə rəhbərlik etməkdə şübhəli bilinir.

“Cinayətkar dəstənin məqsədi dövlət əmlakının cinayət yolu əldə edilməsi olub”, - deyə V. Markin qeyd edib.
Geri dön