Ana Sayfa > M / Karusel / İqtisadiyyat > İlham Əliyevdən daha bir sərəncam - İcra Hakimiyyətinə pul ayrıldı

İlham Əliyevdən daha bir sərəncam - İcra Hakimiyyətinə pul ayrıldı


18-09-2015, 21:59. Yazar: Xeberaz
İlham Əliyevdən daha bir sərəncam - İcra Hakimiyyətinə pul ayrıldı
]
Azərbaycan Prezidenti İlham Əliyev "Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılmasını qərara alıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Geri dön