Ana Sayfa > M / Karusel / İdman > Azərbaycan tarixi qızıl qazandı

Azərbaycan tarixi qızıl qazandı


27-03-2015, 11:03. Yazar: Xeberaz
Azərbaycan tarixi qızıl qazandı
İdmançımız güləş üzrə Avropa çempionu oldu.

Bu günlərdə Polşada 23 yaşdan böyük olmayan idmançılar arasında keçirilən tarixdə güləş üzrə ilk Avropa çempionatının üçüncü günündə Azərbaycan ilk qızıl medalını qazanıb.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, medal Alyona Kolesnikin aktivindədir.

O, 55 kq-dək çəki kateqoriyasında bütün rəqiblərini, o cümlədən finalda bolqar idmançı Evelina Nikolovanı məğlub edib.

Bu, Azərbaycanın hazırkı çempionatda beşinci medalıdır. Bundan əvvəl sərbəst güləşçilərimiz iki gümüş və iki bürünc medal qazanmışdılar.

Alyona Kolesnikin final döyüşü və təltifetmə mərasiminin videosunu təqdim edirik.
Geri dön