Ana Sayfa > M / Karusel / Siyasət > Ermənistanda təqib olunan müxalifətçi Azərbaycana qaçdı

Ermənistanda təqib olunan müxalifətçi Azərbaycana qaçdı


17-09-2015, 19:11. Yazar: Xeberaz
Ermənistanda təqib olunan müxalifətçi Azərbaycana qaçdı


Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib

Vaan Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycana gəlib və siyasi sığınacaq istəyib (APA).
Geri dön