Ana Sayfa > M / Karusel / Hadisə > Yeni qatar qadını öldürdü

Yeni qatar qadını öldürdü


17-09-2015, 15:26. Yazar: Xeberaz
Yeni qatar qadını öldürdü
Bu gün Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar qəza törədib.

Xəbəraz.az xəbər verir ki, hadisə şahidlərinin AzVision.az-a verdiyi məlumata görə, 07:10 radələrində Sumqayıt sərnişin stansiyasından çıxan qatar dəmiryolu xətti üzərində azyaşlı uşağı vurub.

Hadisə dəmiryolu xəttinin Bakı dəmiryolu stansiyasına yaxın ərazidə baş verib.

Məlumata görə, azyaşlı uşaq hadisə yerindəcə keçinib.

Qəza nəticəsində Bakı –Sumqayıt elektrik qatarının hərəkətində 20 dəqiqə gecikmə olub.

Qeyd edək ki, Bakı-Sumqayıt qatarı bir neçə gün öncə- sentyabrın 15-də istifadəyə verilmişdi.
Geri dön