Ana Sayfa > M / Karusel / İqtisadiyyat > SOCAR bu il büdcəyə 1 milyard manata yaxın vəsait ödədi

SOCAR bu il büdcəyə 1 milyard manata yaxın vəsait ödədi


15-09-2015, 08:39. Yazar: Xeberaz
SOCAR bu il büdcəyə 1 milyard manata yaxın vəsait ödədi
Avqust ayının göstəriciləri açıqlandı.

Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2015-ci ilin avqust ayında dövlət büdcəsinə 124 milyon 503 min manat vəsait ödənilib.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-avqust aylarında büdcəyə 998 milyon 758 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin avqust ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 477 min manat vəsait köçürüb. 2015-ci ilin yanvar-avqust aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 92 milyon 434 min manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayında SOCAR dövlət büdcəsinə 118 milyon 502 min manat vəsait ödəmişdi. oxu.az
Geri dön