Ana Sayfa > M / Karusel / Dünya > Rusiya Ermənistandakı bazasının ərazisini genişləndirir

Rusiya Ermənistandakı bazasının ərazisini genişləndirir


26-03-2015, 18:06. Yazar: Xeberaz
Rusiya Ermənistandakı bazasının ərazisini genişləndirir
Qərar qəbul edilib.

Ermənistan Nazirlər Kabinetinin bugünkü iclasında Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına yeni ərazilərin verilməsi barədə qərar qəbul olunub.

Xeberaz.az Modern.Az-a istinadən xəbər verir ki, Gümrünün Lalayan küçəsində yerləşən Rusiya Pravoslav kilsəsinin ərasisi və bir neçə torpaq sahələri hərbi bazanın balansına keçəcək.

Nazirlər Kabinetinin iclasında layihəni təqdim edən Ermənistan müdafiə naziri Seyran Ohanyan Rusiya tərəfinin təqdim olunan ərazilərə investisiya yatıracağını və bir neçə obyekt inşa edəcəyini bildirib.

Xatırladaq ki, Gümrüdəki 102-ci hərbi bazada 5 min Rusiya hərbçisi yerləşdirilib.
Geri dön