Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz TV > Zakir Həsənov: Düşmənə on qat zərbə vurulacaq - VİDEO

Zakir Həsənov: Düşmənə on qat zərbə vurulacaq - VİDEO


12-09-2015, 20:41. Yazar: Xeberaz
Zakir Həsənov: Düşmənə on qat zərbə vurulacaq - VİDEO
“Mən xəbərdarlıq etmişəm”.

Müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun iriçaplı silahlardan istifadə etməsi məsələsinə aydınlıq gətirib.

Xəbəraz.az -ın ANS TV-yə istinadən məlumatına görə, Zakir Həsənov bildirib ki, ermənilərə dəfələrlə xəbərdarlığa baxmayaraq bizim mülki əhaliyə yenə də atəş açıblar:

“Xatırlayırsınızsa onlar bu yaxında toy mərasimini də atəşə tutdular. Həmin toy mərasimindən öncə xəbərdarlıq etmişdim erməniləri ki, onlar əgər mülki əhaliyə atəş açsalar cavablarını alacaqlar. Üstündən bir həftə keçdi, onlar atəş açdılar. Təbii ki, mən belə demişəm və göstəriş belə gedib orduya. On qat, on dəfə güclü, on dəfə iriçaplı silahdan onlara cavab veriləcəkdir. Azərbaycan onların atəşinə bütün imkanlarından istifadə edib cavab verir. Əgər onlar öz çirkin niyyətlərindən əl çəkməsələr, daha sarsıdıcı zərbə onların mövqelərinə vurulacaq”.

Geri dön