Ana Sayfa > M / Karusel / İdman / Foto-fakt > Şəhriyar Məmmədyarov Dünya Kubokuna qələbə ilə başladı

Şəhriyar Məmmədyarov Dünya Kubokuna qələbə ilə başladı


11-09-2015, 21:13. Yazar: Xeberaz
Şəhriyar Məmmədyarov Dünya Kubokuna qələbə ilə başladı
Start görüşündə o iranlı Pouya İdanini məğlubiyyətə uğradıb.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə Dünya Kuboku yarışlarına qələbə ilə başlayıb.

Xəbəraz.az AzərTAc-a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan şahmatçımız start görüşünün 31-ci gedişində iranlı Pouya İdanini məğlubiyyətə uğradıb.

Le Kuanq Lyem (Vyetnam) və Vasif Durarbəyli (Azərbaycan) sülh bağlayıblar. Heç-heçə 29-cu gedişdə qeydə alınıb.

Teymur Rəcəbov – Samuel Sevyan (ABŞ), Rauf Məmmədov – Yevgeni Nayer (Rusiya), Eltac Səfərli –Çaba Baloq (Macarıstan), Qədir Hüseynov – Maksim Matlakov (Rusiya) partiyaları hələ davam edir.
Geri dön