Ana Sayfa > M / Karusel / Siyasət > “Azərbaycanda heç bir təşkilat çevriliş edə bilməz”

“Azərbaycanda heç bir təşkilat çevriliş edə bilməz”


11-09-2015, 12:33. Yazar: Xeberaz

“Azərbaycanda heç bir təşkilat çevriliş edə bilməz”

"Hazırda elə bir qüvvə yoxdur ki, Azərbaycanın daxili sabitliyini pozmaq imkanına malik olsun"

Xəbəraz.az xəbər verir ki, Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin sentyabrın 8-da keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədəki çıxışına münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.


Sabiq dövlət müşaviri bildirib ki, ölkə başçısının Azərbaycanda “5-ci kolon”un fəaliyyətinə bir daha toxunması sadəcə xatırlatma məqsədi daşıyır:

“Prezidentin də vurğuladığı kimi narıncı inqilablar, “ərəb baharı”nın Cənubi Qafqaz üçün nəzərdə tutulmuş variantları əslində bir reallıq idi. Bəzi dairələrin Azərbaycanda Maydan hərəkatını təkrarlamaq planı iflasa uğradı. Çünki ölkədə müxalifət demək olar ki, tamamilə gücdən düşmüş, pərakəndə bir qurum şəklində idi. Ona görə də belə təşkilatların Azərbaycanla bağlı hər hansı planı həyata keçirmək imkanı ola bilməzdi. Çünki Azərbaycan kifayət qədər güclü dövlətdir. Asayişin qorunması, ölkənin digər strukturları, xüsusilə xidmət orqanları baş verə biləcək hər təhlükəni aradan qaldırmaq gücündədir. Ölkə başçsının çıxışındakı mesaj da məhz bundan ibarətdir.

Qarşıdan parlament seçkilərinin gəlməsinə baxmayaraq, ən qabaqda gedən müxalifət belə namizəd irəli sürə bilmir. Çünki partiyalar zəifləmiş, bir-biri ilə düşmənçilik aparan kiçik dəstələrə bölünüblər. Bu nöqteyi-nəzərdən də bu gün ölkədə mövcud hakimiyyət və ölkədaxili sabitliyin pozulması üçün hər hansı bir real təhlükə gözlənilmir və bunun yaxın zamanlarda baş verəcəyini proqnozlaşdırmaq qeyri-mümkündür. Hazırda elə bir qüvvə yoxdur ki, Azərbaycanın daxili sabitliyini pozmaq imkanına malik olsun. Çünki ölkədə hansısa gərginliyin yaranması üçün heç bir zəmin yoxdur. Prezidentin bu çıxışı əslində bir xatırlatma məqsədi daşıyırdı”.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə 2011- 2012-ci illərdə bəzi xarici dairələrin Azərbaycanda Maydan hərəkatı yaratmaq planının iflasa uğradığını bildirmişdi. O, 2013-cü il seçkisi ərəfəsində destruktiv qüvvələrin öz fəaliyyətlərini artırdığını və müəyyən güclərin Azərbaycanda sabitliyi pozmaq istədiklərini söyləmişdi
Geri dön