Ana Sayfa > M / Karusel / Şou-Biznes > Habil Əliyev I Fəxri xiyabanda dəfn olunub + FOTO

Habil Əliyev I Fəxri xiyabanda dəfn olunub + FOTO


10-09-2015, 00:25. Yazar: Xeberaz
Habil Əliyev I Fəxri xiyabanda dəfn olunub + FOTO
Habil Əliyev I Fəxri xiyabanda dəfn olunub.

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilib.

Xəbəraz.az xəbər verir ki, vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziriƏbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Xalq artistləri Siyavuş Kərimi, Canəli Əkbərov, Arif Babayev, mərhumun sənət dostları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.

Habil Əliyev I Fəxri xiyabanda dəfn olunub.

11:40

Sentyabrın 8-də vəfat etmiş dünya şöhrətli kaman ifaçısı, Azərbaycanın xalq artisti, “İstiqlal” və “Şöhrət” ordenli Habil Əliyev ilə vida mərasimi bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, Habil Əliyev ürək və ciyər çatışmazlığından əziyyət çəkirdi, uzun müddət süni nəfəs aparatına qoşulmuşdu.

Habil Əliyev sentyabrın 2-də komaya düşmüşdü.







Geri dön