Ana Sayfa > M / Karusel / Gündəm > Məhkumlar məzuniyyətə buraxılır - Penitensiar xidmətdən YENİLİK

Məhkumlar məzuniyyətə buraxılır - Penitensiar xidmətdən YENİLİK


24-10-2023, 19:43. Yazar: Xeberaz

Məhkumlar məzuniyyətə buraxılıb.

Məlumata görə, Penitensiar xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısa müddətli səfərə buraxılıblar.
Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməmiş, məhkumlar yaxınları ilə görüşmüş, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıtmışlar.
Məlumatımıza əsasən indiyədək 8 nəfər məhkum ailə üzvlərini ziyarət etmiş və geri qayıdıb.


Sorğumuza cavab olaraq xəbəri Penitensiar xidmətdən "Unikal"a təsdiqləyiblər.


Geri dön