Ana Sayfa > M / Karusel / Təhsil > Asiya Universiteti fəaliyyətini dayandırdı

Asiya Universiteti fəaliyyətini dayandırdı


8-09-2015, 14:37. Yazar: Xeberaz
Asiya Universiteti fəaliyyətini dayandırdı
270 tələbə digər universitetlərdə təhsil alacaq.

Xəbəraz.az xəbər verir ki, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Məlumata əsasən, Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.

Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.
Geri dön