Ana Sayfa > M / Karusel / Siyasət > Zakir Fərəcov Eldar Əzizovun iki kadrını “vurdu“

Zakir Fərəcov Eldar Əzizovun iki kadrını “vurdu“


7-09-2015, 13:46. Yazar: Xeberaz
Zakir Fərəcov Eldar Əzizovun iki kadrını “vurdu“


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəcamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəsindən azad edilib

Sərəncama görə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərinin icra başçısı təyin edilib.

Sumqayıtın yeni icra başçısı ilk dəyişiklik siqnalını verib: "Zakir Fərəcov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seyfəddin Kərimovla Eldar Əzizovun köməkçisini vəzifəsindən uzaqlaşdırıb".

Məsələyə Sumqayıt şəhər İcra Hakimiyyətindən və Seyfəddin Kərimovla münasibət öyrənmək cəhdləri fayda verməyib. Seyfəddin Kərimov hazırda adıçəkilən sturkturla əlaqəli olmadıqlarını bildirərək, danışmaqdan boyun qaçırıb. (femida.az)
Geri dön