Ana Sayfa > M / Karusel / Gündəm > Separatçıların Şuşanı atəşə tutması nəticəsində bir mülki vətəndaş həlak olub - YENİLƏNİB

Separatçıların Şuşanı atəşə tutması nəticəsində bir mülki vətəndaş həlak olub - YENİLƏNİB


19-09-2023, 17:30. Yazar: Xeberaz

“Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Aydın oğlu Fərhadov aldığı qəlpə yarası xəsarətindən ölüb”.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.

Hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətlərinin davam etdirildiyi bildirilir.


Geri dön