Ana Sayfa > M / Karusel / Gündəm > Ermənistan ordusu genişmiqyaslı təxribat törədir: Mövqelərimiz intensiv atəşə tutulur

Ermənistan ordusu genişmiqyaslı təxribat törədir: Mövqelərimiz intensiv atəşə tutulur


1-09-2023, 12:11. Yazar: Xeberaz

Erməni tərəfi şərti Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədir.

Bu barədə Caliber.Az məlumat verir.

Qeyd olunur ki, Ermənistan ordusu şərti Azərbaycan-Ermənistan sərhədində ağır zirehli texnika, zərbə dronları və döyüşə hazır qüvvələrini cəmləşdirərək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vurmağı hədəfləyib.



Məlumatda qeyd olunur ki, bu təxribatı dayandırmaq və düşmənin planlarının qarşısını almaq üçün Azərbaycan Ordusu bütün lazımi tədbirlərə əl atacaq.

Bildirilir ki, bu dəqiqələrdə Ermənistan ordusu ağır artilleriyadan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini intensiv atəşə tutur.


Geri dön