Ana Sayfa > M / Karusel / Gündəm > Əsirlikdə sağ olduğu təsdiqlənən 54 azərbaycanlı sonradan öldürülüb

Əsirlikdə sağ olduğu təsdiqlənən 54 azərbaycanlı sonradan öldürülüb


30-08-2023, 12:17. Yazar: Xeberaz

1998 və 2001-ci illərdə BQXK tərəfindən təqdim edilmiş məktublarda 54 nəfər azərbaycanlının adı keçmiş və sağ olduğu təsdiqlənib.

Bu barədə Ombudsmanın I Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatında öz əksini tapıb.



"Sözügedən məktublarda Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və Azərbaycan Respublikasının bu ölkə tərəfindən işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqlarıyerlərdə BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatına alınmışlar. Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfər də daha sonradan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən qətlə yetirilmişdir. Onlardan sadəcə17 nəfərinin nəşi qaytarılmış, 6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, nəşləri qaytarılmamış, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməmişdir. Bu isə ciddi insan hüquqları pozuntusudur", - deyə hesabatda qeyd edilib.


Geri dön