Ana Sayfa > M / Karusel / Gündəm > Ermənilərdən növbəti TƏXRİBAT: mövqe tutmaq istədilər

Ermənilərdən növbəti TƏXRİBAT: mövqe tutmaq istədilər


26-08-2023, 17:14. Yazar: Xeberaz

Avqustun 26-sı saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb.


Geri dön