Ana Sayfa > M / Karusel / Gündəm > İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı tutuldu

İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı tutuldu


26-03-2015, 13:28. Yazar: Xeberaz
İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı tutuldu
Onlar Qaziantepdən keçərək münaqişə ocağına getmək niyyətində olublar.

Türkiyədə İŞİD terrorçularına qoşulmaq üçün Suriyaya getməyə çalışan 471 nəfər yaxalanıb.

Xeberaz.az -ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, saxlanılanlar Qaziantepdən keçərək münaqişə ocağına getmək niyyətində olublar.

Saxlanılanların böyük əksəriyyəti türklər olsa da, onların arasında əcnəbilər də var. Onlardan 64-ü Rusiya, 8 Liviya, 7 Mərakeş, 7 Fransa, 51 Suriya, 4 Tunis, 5 Səudiyyə Ərəbistanı, 11 Almaniya, 2 Çin, 1 Norveç, 10 Qazaxıstan, 2 İtaliya, 1 İsveç, 4 Azərbaycan, 1 İspaniya, 5 Tacikistan, 1 Hollandiya, 1 Banqladeş, 1 Misir, 3 Özbəkistan, 1 Gürcüstan, 1 Bəhreyn, 4 Makedoniya, 18 İndoneziya, 2 Pakistan, 4 Qırğızıstan və sairə ölkə vətəndaşları olub.

269 şəxs barəsində “terror təşkilatına qoşulma” maddəsi ilə cinayət işi açılıb. 214 nəfər isə deportasiya edilib.
Geri dön