Ana Sayfa > M / Karusel / Gündəm / Reportaj / Aktual / Həftə-Reytinq > Prezidentə jurnalist müraciəti

Prezidentə jurnalist müraciəti


11-07-2023, 12:51. Yazar: Xeberaz


Prezidentə jurnalist müraciəti.

Hörmətli prezidentimiz!

Həmkarımız Cəlal Məmmədov 2019-cu il 6 avqust tarixində həbs olunub. Hal-hazirda 15 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir. 

14 iyun 2023-cü il tarixində Cəlal Məmmədovun cəzasının 4/3 hissəsini başa çatır. 

C.Məmməsov məhkumluq dövründə özünü olduqca nümunəvi vətəndaş  olaraq aparmışdır. Bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmət idarəsinin təlim-tərbiyə işləri üzrə şöbə müdiri Yaşar müəllimin qəbulunda olduğumuz zaman  qeyd etmişdir.

C.Məmmədov həbsdə olan dövrdə anası dünyasını dəyişdi. Hal-hazırda atası ağır yataq xəstəsidir. Eləcə də yeganə azyaşlı qızı illərdir atasının ölkədən kənarda olduğunu bilir. Bunları və Cəlal Məmmədovun nümunəvi davranışlarını nəzərə alaraq, cəzasının çəkilməyən 4/1 hissesini şərti azadlığa buraxılmaqla tamamlanmasına köməklik göstərilməsi üçün  Sizdən xahiş edirəm.

Hörmətlə

"Xəbəraz.az" İnformasiya Agentliyinin Baş Redaktoru Tərifə Maqsudova.


Geri dön