Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz TV > Söyüdlü kəndinə əlavə qüvvə və xüsusi texnikalar göndərilib? - RƏSMİ AÇIQLAMA - VİDEO

Söyüdlü kəndinə əlavə qüvvə və xüsusi texnikalar göndərilib? - RƏSMİ AÇIQLAMA - VİDEO


23-06-2023, 10:44. Yazar: Xeberaz

"Gədəbəy rayonunun Söyüdlü kəndinin giriş istiqamətində naryad qrupları xidmət aparır. Kənddə hər hansı gərginlik yoxdur. Yerli sakinlər kəndə rahat şəkildə girib-çıxa bilir, heç bir məhdudiyyət tətbiq olunmur".

Bunu ARB-yə açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

DİN rəsmisi əlavə edib ki, əsas məqsəd kənddə ictimai təhlükəsizlik, bütövlükdə asayiş qorunsun və gözlənilsin: "Polis tərəfindən hər hansı əlavə qüvvə, xüsusi vasitələr, texnikalar əraziyə cəlb edilməyib. Kənddə normal qaydada həyatlarına davam edirlər".
 



Geri dön