Ana Sayfa > M / Karusel / İdman > Məşhur erməni şahmatçısı: “Azərbaycana hörmətim var…”

Məşhur erməni şahmatçısı: “Azərbaycana hörmətim var…”


3-09-2015, 01:14. Yazar: Xeberaz
Məşhur erməni şahmatçısı: “Azərbaycana hörmətim var…”

Məşhur erməni şahmatçısı Levon Aronyan bir həftə sonra Bakıya gələcəyini açıqlayıb.

Xəbəraz.az xəbər verir ki, Şahmatçı bu haqda chess-news.ru portalına internet üzərindən verdiyi müsahibədə deyib.

“Bir həftə sonra Bakıya uçuram. Dünya Kubokundan sonra Berlində blits-şahmat çempionatında oynayacağam. Təəssüf ki, biz şahmatçılar üçün ölkələr arasındakı münaqişələrin nizamlanmasına nə iləsə kömək etmək çətindir. Ancaq musiqiçlər, müxtəlif sənət adamları sülh daşıyıcısı olan insanlar kimi Azərbaycana gedirlər. Mən də onların nümunəsini təkrar etməyə çalışıram. Göstərməyə çalışıram ki, qonşu ölkəyə hörmətim var. Ən yaxşı oyun göstərib yerli azarkeşləri məmnun etmək istəyirəm”-deyə Aronyan bildirib.
Geri dön