Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz TV > Tərtər rayon rəhbərliyi ermənilərin toyda yaraladığı qadınlara baş çəkdi

Tərtər rayon rəhbərliyi ermənilərin toyda yaraladığı qadınlara baş çəkdi


2-09-2015, 22:46. Yazar: Xeberaz
Tərtər rayon rəhbərliyi ermənilərin toyda yaraladığı qadınlara baş çəkdi
Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin əməkdaşları və Müdafiə Nazirliyinin hərbçiləri ötən gün rayonun Qapanlı kəndində ermənilər tərəfindən toy məclisi atəşə tutulan ailədə olublar.

Xəbəraz.az xəbər verir ki, APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, atəşkəsin pozulması zamanı şənlik mərasimində yaralanan 3 yaşlı Zəhra Əhmədzadəyə və Mədinə Əhmədovaya baş çəkən qonaqlar daha sonra kənd camaatı ilə görüşüblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rəhbərlik etdiyi heyət daha sonra Bərdə Müalicə-Diaqnostika Mərkəzinə gedərək, digər yaralı Müşkinaz Tanrıverdiyevanın səhhəti ilə maraqlanıb. Həkimlər qonaqlara ermənilərin açdığı atəş nəticəsində yaralanan 52 yaşlı qadının vəziyyətinin stabil olduğunu bildiriliblər.

Xatırladaq ki, ötən gün Tərtər rayonunun Qapanlı kəndində toy şənliyi zamanı ermənilər toy çadırını atəşə tutub və nəticədə biri uşaq, ikisi qadın olmaqla üç nəfər yaralanıb.

Geri dön