Ana Sayfa > M / Karusel / Siyasət / Aktual > Leyla Əliyeva Romada- Fotolar

Leyla Əliyeva Romada- Fotolar


2-09-2015, 22:09. Yazar: Xeberaz

Leyla Əliyeva Romada- Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə qurumun Romadakı baş ofisində bir sıra görüşlər keçirilib.


Xəbəraz.az Azərtac-a istinadən məlumatına görə, Leyla Əliyevaya burada çalışanlar üçün yaradılmış şərait barədə məlumat verilib. Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi ilk dəfə fəaliyyətə başlaması ilə əlaqədar təntənəli mərasim olub və qarşılıqlı hədiyyələr təqdim edilib.

Daha sonra Leyla Əliyeva FAO-nun media mərkəzinə müsahibə verib.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Bir müddət əvvəl isə Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və tərəfdaşlıq ofisi açılıb.





Geri dön