Ana Sayfa > M / Karusel / Hadisə / Foto-fakt > Naxçıvanski liseyinin kursantının meyiti tapıldı - FOTO

Naxçıvanski liseyinin kursantının meyiti tapıldı - FOTO


2-09-2015, 21:22. Yazar: Xeberaz
Naxçıvanski liseyinin kursantının meyiti tapıldı - FOTO
İki günlük axtarışdan sonra.

Bərdə rayonunda, Yuxarı Qarabağ kanalında batan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Vüsal Qara oğlu Cəfərovun meyiti tapılıb.

Xəbəraz.az -ın Report-a istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin iki gündür axtardığı 16 yaşlı yeniyetmənin cəsədi Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən keçən hissəsində su qapısına ilişərək üzə çıxıb.

Qeyd edək ki, hadisə iki gün əvvəl Bərdə rayonu, Mehdili kəndinin ərazisində baş verib. Belə ki, V.Cəfərov Yuxarı Qarabağ kanalının yaxınlığında qoyun otaran zaman kanalın üstündəki dəmir borunun üstü ilə digər tərəfə keçərkən ayağa sürüşərək suya düşüb.



Geri dön