Ana Sayfa > M / Karusel / Siyasət > Saakaşvili: “Odessa Ukraynanın tərkibindən çıxa bilər”

Saakaşvili: “Odessa Ukraynanın tərkibindən çıxa bilər”


1-09-2015, 17:56. Yazar: Xeberaz

Saakaşvili: “Odessa Ukraynanın tərkibindən çıxa bilər”

Odessanın qubernatoru Mixail Saakaşvilinin fikrincə, Rusiya Abxaziya, Krasnodar, Krım, Odessa, Nikolayev və Moldova üzərindən Dnestryanı üçün dəhliz yaratmaq niyyətindədir.

Xəbəraz.az Axar.az-a istinadən xəbər verir ki, qubernator Odessanın Ukraynadan ayrılmasını proqnozlaşdırıb.

Onun fikrincə, hazırda regionda Donbass hadisələri təkrarlanır:

“Ukrayna Bessarabiyası regionundakı hazırki vəziyyət qeyri-sabitdir. Burada siyasi və sosial vəziyyətdən istifadə edib təhlükəli oyunlar oynamaq olar. Regionda Donbass hadisələri təkrarlanır – mərkəzi Ukrayna hakimiyyəti burda zəif təmsil olunub, Ukrayna KİV-i və televiziyası isə, demək olar ki, yox dərəcəsindədir. Teleyayımı Rusiya aparır. Odessa ora milli qvardiya və digər güc strukturlarının nümayəndələrini göndərir.

Maraqlısı budur ki, 2014-cü ilin fevralında Saakaşvili Krımın Rusiyaya birləşdiriləcəyini proqnozlaşdırmışdı.

Geri dön