Ana Sayfa > M / Karusel / Gündəm > Şuşada 450 mənzilin istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Şuşada 450 mənzilin istifadəyə veriləcəyi tarix AÇIQLANDI


11-03-2023, 18:23. Yazar: Xeberaz



"Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin sifarişi əsasında bu ilin sonuna qədər 23 binadan ibarət 450 mənzil istifadəyə veriləcək”.

Bunu report-a Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib.

Onun sözlərinə görə, görülən işlərlə paralel olaraq məktəb, xəstəxana, hotel və digər iaşə obyektlərinin tikintisinə də başlanılıb:
"Xidmət olaraq şəhərdə tarixi-mədəni abidələrin qorunması, şəhəriçi yolların, parkların, xiyabanların təmizlənməsi işləri intensiv aparılır. Eyni zamanda Şuşada ağacların, kolların budanma işləri də görülür”.

Geri dön