Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma / Xəbəraz TV / Aktual > Gəncədə “OKSİ Motors” şirkəti müştəriyə qarşı dələduzluq edib? - TƏFƏRRÜAT

Gəncədə “OKSİ Motors” şirkəti müştəriyə qarşı dələduzluq edib? - TƏFƏRRÜAT


23-01-2023, 15:00. Yazar: Xeberaz




Ölkə əhalisinin gəlirlərinin azalması nəticəsində alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Bu şəraitdə istehlak bazarında qiymətlərin bahalaşması insanların vərdiş etdikləri bir çox mal və məhsulları daha ucuzları ilə əvəzləməsinə gətirib çıxarıb. Bu sırada ilk yeri maşınların ORİJİNAL EHTİYAT HİSSƏLƏRİNİN yerini saxtaları tutur desək, qətiyyən yanılmarıq.
Gəncə şəhəri Museyib Bağırov küçəsi 57 ünvanında fəaliyyət göstərən “OKSİ Motors” şirkətinin mağazalarında saxta ehtiyyat hissələri orijinal adla satılır.Guya bu mallar Yaponiya və Koreyadan gətirilib.Bu adla şirkət hər gün yüzlərlə Gəncəbasarda müştərilərin cibinə girməklə onlara xeyli miqdar ziyan vurmuş olurlar.
Sözügedən şirkət tərəfindən zərərçəkmiş olan şəxs Dünyanınsəsi.Az saytına video-şikayət göndərib.
Əslən Kəlbəcərdən olan Qabil Qədim oğlu Məmmədov şikayətində bildirir ki, ona məxsus olan “Hyundai Santa FE” markalı, 99 KZ 568 nömrə nişanlı avtomobilini təmir üçün “Oksi Motors”a məxsus olan servisə verib. Bu təmir üçün də şikayətçi nə az nə çox 8 min manat vəsait xərcləməli olub. Sözügedən servis vətəndaşı aldadaraq onu paytaxt Bakıda yerləşən ehtiyyat hissələri satan firmaya 3000 manat da pul köçürtdürüb.İki ildir ki, şikayətçinin maşını düzəlmir ki, düzəlmir.Gəncədə fəaliyət göstərən servis məsuliyyəti üzərindən ataraq Bakıdakı firmanı ittiham edir.Halbuki bu firmalar vətəndaşların etibarından sui-istifadə etməklə hər ikisi də əlbir olmaqla saxta ehtiyat hissələrini müştərilərə sırımaqla məşğuldur.
Adının çəkilməsini istəməyən özüdə ehtiyyat hissələrinin satışı ilə məşğul olan şəxs şikayətçiyə deyib ki, qeyd edilən mağazalarda satışa çıxarılan ehtiyat hissələri Yaponiya və Koryea şirkətlərinə məxsus deyil.Sadəcə olaraq bu məhsullar Çindən ucuz qiymətə gətirilib burada markalaşdırılır.
Məhz buna görə də mal satarkən satıcı istehlakçıya malla birlikdə qəbz, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçının şikayətinə qəbz, kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Ona görə də istehlakçılar mal alarkən diqqətli olmalı, bu cür sənədləri təqdim etməyən satıcılardan mal almaqdan çəkinməlidirlər.Amma şikayətçi Gəncədə fəaliyyət göstərən servisin göstərişi əsasında o məbləği Bakıdakı firmaya köçrüb.Bu gün şikayətçi köçürmüş olduğu vəsaiti “dələduz” şəxs və şəxslərdən ala bilmir.Onun üçün də şikayətçi mətbuat vasitəsi ilə daxili İşlər Nazirliyinin rəhbərliyindən bu dələduz firma işçiləri barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş vermələrini xahiş edir.
Redaksiya olaraq bildiririk ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən, alıcıların, aldıqları malın sertifikatını tələb etmək hüquqları var. Əgər istehsalçı sertifikat təqdim etmirsə, istehlakçılar onu almaqdan imtina etməlidirlər.
Səsləndirilən ittihamlarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik,
Kəlbəcərli sakinin DİN rəhbərliyinə ünvanlanmış olan video-şikayətini təqdim edirik:



Dünyanınsəsi.Az



Geri dön