Ana Sayfa > M / Karusel / Gündəm > Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq


28-11-2022, 13:58. Yazar: Xeberaz



Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na əksini tapıb.

Bu sahədə icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib.

Qızıl sikkələr 2023-cü il fevral-may aylarında hazırlanmalıdır.




Geri dön