Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz TV / Foto-fakt / Araşdırma > SƏRGÜZƏŞTİ-VƏZİRİ-XANİ-LƏNKƏRAN: MÖHÜBBƏT BABAYEVIN ÖZÜ KIMI AILƏ ÜZVLƏRI DƏ QANUN-QAYDAYA “PROTIV” GEDIR
SƏRGÜZƏŞTİ-VƏZİRİ-XANİ-LƏNKƏRAN: MÖHÜBBƏT BABAYEVIN ÖZÜ KIMI AILƏ ÜZVLƏRI DƏ QANUN-QAYDAYA “PROTIV” GEDIR18-11-2022, 13:12. Yazar: Xeberaz |
Nəsihətamiz qədim kitablardan “Qabusnamə”də Keykavusun dilindən deyilir ki, birinci vəzir çox bic adam olmalıdır. Belə ki, o, həm şahın qəzəbindən qorunmalı, həm də ikinci, üçüncü vəzirlərin, başqa əyanların hiylələrindən ehtiyatlanmalıdır. Uzun illərdir Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini tutan Möhübbət Babayev məhz «bicliyi» sayəsində bir neçə icra başçısını yola salıb, ona de-fakto rayonun “ikinci yerdə olan birinci adamı” deyənlər yanılmırlar. Əzəli və əbədi birinci müavinin hüdudsuz səlahiyyətləri, topdağıtmaz sərvəti onun ailə üzvlərinin ərköyünlüyünü də şərtləndirib. Qayınatası–Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Möhübbət Babayevə arxalanaraq “burda mənəm, Bağdadda kor xəlifə” deyən Ülkər Babayeva kollektiv içərisində kimlərdən xoşu gəlmirsə, rektorun adından istifadə edərək onlara təzyiqlər etdirir. Auditoriyaya gələrkən tələbələrlə qeyri-səmimi rəftarı və davranışı, tələbələr tərəfindən ikrah hissi ilə qarşılanır.Lənkaran Dövlət Universitetində özbaşınalıqlar,qanuna zidd əməllər bununla bitmir.Belə ki,universitetin prorektoru Azər Əliyev və Billurə Qasımovanın əlindən universitet kollektivi dözülməz hal yaşayaraq təngə gəliblər. Mənbənin bildirdiyinə görə prorektor Azər Əliyevin Lənkəranın Raypo deyilən ərazisində «sağ əli» sayılan şəxsə evdə hədiyyə edib. Mediatv.az Geri dön |