Ana Sayfa > M / Karusel / Dünya > Kaxa Kaladze: Bakı-Tbilisi-Qars çox böyük və vacib bir layihədir

Kaxa Kaladze: Bakı-Tbilisi-Qars çox böyük və vacib bir layihədir


25-03-2015, 18:57. Yazar: Xeberaz
Kaxa Kaladze: Bakı-Tbilisi-Qars çox böyük və vacib bir layihədir
“Dəmir yolu bu ilin sonunda istismara veriləcək”.

Gürcüstan və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı öz üzərinə düşən vəzifələri tam yerinə yetirib. Dünən mənə verilən informasiyaya görə, Türkiyə tərəfində də tunelin tikintisi başa çatıb.

Xeberaz.az APA-yaistinadən xəbər verir ki, bu sözləri Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.

K. Kaladze bildirib ki, iki aydan sonra layihənin icrası başa çatacaq: “Bu layihə çox böyük və vacib bir layihədir. Dəmir yolu bu ilin sonunda istismara veriləcək”.
Geri dön