Ana Sayfa > M / Karusel / Gündəm > Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək28-08-2015, 12:27. Yazar: Xeberaz |
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 31-də saat 11:00-dan Tərtər şəhərində vətəndaşları qəbul edəcək Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Tərtər, Bərdə və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzində (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 14) 30 avqust 2015-ci il tarixində saat 09:00-dan başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Geri dön |