Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma / Aktual / Xəbəraz TV > “Proqres 2016” MTK qurbanları ayağa qalxdı - ETİRAZ

“Proqres 2016” MTK qurbanları ayağa qalxdı - ETİRAZ


29-10-2022, 15:47. Yazar: Xeberaz




Abşeron rayonunda bina tikən “Proqres 2016” MTK-nın aldatdığı vətəndaşlar ayağa qalxıb. Reportyor.info bildirir ki, şirkətin sahibi Emil Səməndərov mənzil sahiblərini süründürür. Şikayətçilərin saytımıza dediyinə görə, Xırdalanda tikilən binanı təhvil vermirlər.
Narazı vətəndaş Bənövşə Quliyeva deyir ki, “Emil Səməndərov, Kənan və Şəhriyar müəllim gəldilər ki, iki aya pulu qaytaracağıq, neçə ildir ki, vermirlər. Evi satıb kirayələrdə qalmışıq, nəvələrimlə sürünürük. Baş Prokurorluğun qəbuluna gəlmişik ki, bizı köməklik olunsun. Nə ev var, nə pul”.
Şikayətçi Adil Əliyev deyir ki, 2017-ci ildə mənzil alıblar: “Abşeron prokurorluğu dedi ki, gedin başınıza çarə qılın. Dəfələrlə qəbula gəlmişik. Kənan müəllim var, işə baxmırlar,bizi aldadırlar”. Digər vətəndaşlar da Baş Prokuror Kamran Əliyevdən tədbir görülməsini xahiş ediblər. Video materialı təqdim edirik:
//reportyor.info//


Geri dön