Ana Sayfa > M / Karusel / İdman / Xəbəraz TV / Fotogalereya > “Qarabağ” qrup mərhələsində!- Üç qoll
“Qarabağ” qrup mərhələsində!- Üç qoll28-08-2015, 00:46. Yazar: Xeberaz |
Avropa Liqasının "pley-off" mərhələsində bu gün keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə) cavab matçı üçün heyətlər müəyyənləşib. "Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Əfran İsmayılov, İlqar Qurbanov, Cavid Tağıyev Ehtiyat oyunçular: Fərhad Vəliyev, Elvin Yunuszadə, Vüqar Mustafayev, Raydell Puponu, Azər Salahlı, Namiq Yusifov, Coşqun Diniyev *** "Yanq Boyz": Mvogo, Floren Haderqyonay, Milan Vilotiç, Von Bergen (k), Skot Sutter, Leonardo Bertone, Miralem Süleymani, Denis Zakariya, Aleksandr Qonzalez, Yuya Kubo, Qiyom Oaro Ehtiyat oyunçular: Marko Völfli, Rafael Nuzzolo, Yan Lekyaks, Roçat, Haris Tabakoviç, Samuel Afum, Milan Qayiç. *** Oyunun 4-cü dəqiqəsində hakimin təyin etdiyi penaltini Riçard Almeyda uğurla yerinə yetirir. "Qarabağ" 1:0 hesabı ilə öndədir. *** Hakim "Yanq Boyz"un futbolçusu Stiv von Bergenə qırmızı vərəqə verir. Rəqib komanda 10 nəfərlə mübarizəni davam etdirir. *** Riçard Almeyda 43-cü dəqiqədə "Qarabağ"ın ikinci qolunu vurur. "Qarabağ" 2:0 hesabı ilə irəlidədir. *** Oyunda ilk hissə başa çatır. Hesab 2:0 Ağdam klubunun xeyrinədir. *** 61-ci dəqiqədə Əfran İsmayılov "Qarabağ"ın üçüncü qolunu vurur. *** Oyun başa çatır. "Qarabağ" "Yanq boyz"a 3:0 hesabı ilə qalib gələrək Avroliqanın qrup mərhələsinə adlayır. “Qafqazinfo” Geri dön |