Ana Sayfa > M / Karusel / Dünya > Türkiyədə terror: 1 hərbçi həlak olub, 2-si isə yaralanıb

Türkiyədə terror: 1 hərbçi həlak olub, 2-si isə yaralanıb


28-08-2015, 00:17. Yazar: Xeberaz

Türkiyədə terror: 1 hərbçi həlak olub, 2-si isə yaralanıb

PKK terrorçularının Diyarbəkir-Bingöl yolunda təhlükəsizliyi təmin edən hərbçilərə hücumu nəticəsində 1 hərbçi həlak olub, 2-si isə yaralanıb.

APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, terrorçular Lice rayonunun Fisovası yaşayış məntəqəsinin yaxınlığındakı nəzarət postunda avtomobillərə baxış keçirən hərbçilərə hücum edib. PKK silahlıları raket və iriçaplı silahlardan hərbçilərin olduğu avtomobilləri atəşə tutub. Nəticədə 1 hərbçi şəhid olub, 2 əsgər yaralanıb.

Yaralanan hərbçilər helikopterlə xəstəxanaya çatdırılıb.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.
Geri dön