Ana Sayfa > M / Karusel / Gündəm > Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat


19-10-2022, 11:40. Yazar: Xeberaz



Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) rəis müavini təyin edilib.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Farid Vəliyev şöbənin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Vəliyev bu təyinatadək Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi vəzifəsində çalışıb.




Geri dön