Ana Sayfa > M / Karusel / Gündəm > Düşmən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi atəşə tutdu

Düşmən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi atəşə tutdu


15-10-2022, 10:10. Yazar: Xeberaz



Oktyabrın 14-ü axşam saatlarından 15-i gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun  Hacılar və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Geri dön