Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma / Reportaj / Aktual > Azərişıq ASC Xırdalan ETSİ-nin rəisi Elşad Məmmədovun özbaşınalığı-Keçmiş işçi mətbuata ÜZ TUTDU

Azərişıq ASC Xırdalan ETSİ-nin rəisi Elşad Məmmədovun özbaşınalığı-Keçmiş işçi mətbuata ÜZ TUTDU


26-09-2022, 16:28. Yazar: Xeberaz

Azərişıq ASC Xirdalan Enerji təchizati və satışı idarəsinin ştatnı işçisi Firidunova Sürəyya tərəfindən.Azərişıq ASC nin Xırdalan ETSİ nin rəisi Elşad Məmmədovun iyrənc hərəkətindən danışacam.Elşad müəllim 12.09.2022-ci il tarixdə bütün işçiləri yığaraq işdən çıxma barədə ərizə yazdırdı.Sonra işçiləri çölə çıxarıb məni saxladı işdən çıxacağımı bildirdi. Səbəb soruşduqda guya ştatın ixtisara düşəcəyini bildirdi.Ərizəni yazmıyacağımı bildiyi üçün öz oyununa bütün işçiləri qatdı. 3gün sonra məni otağına çağırıb işdən azadsan dedi. Mən işdən çıxdıqdan sonra bütün işçiləri yığıb məcburi şəkildə akt imzalatdırıb guya mən məhsuliyyətsiz olmuşam isə vaxtı vaxtında gəlib getməmişəm əxlaqsız hərəkətlər etmişəm. İşçilər etiraz etsələrdə guya sədrin xəbəri olduğunu  deyib məcbur imzaladıb. Xahiş edirəm mövzu isiqlandırılsın.  Azərisiq ASC nin Xırdalan ETSİ nin rəisinin özbaşınalığına son qoyulsun.


Geri dön