Ana Sayfa > M / Karusel / Siyasət > Putin: "Təhlükə olarsa, nüvə silahı tətbiq edəcəyik, bu, blef deyil"

Putin: "Təhlükə olarsa, nüvə silahı tətbiq edəcəyik, bu, blef deyil"


21-09-2022, 10:43. Yazar: Xeberaz

"Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik, bu, blef deyil".

Xeberaz.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putin deyib.

O, Vaşinqtonun Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar etdiyini deyərək, nüvə şantajından da istifadə olunduğunu vurğulayıb.

Geri dön