Ana Sayfa > M / Karusel / Gündəm / Reportaj > "Ermənistanın genişmiqyaslı hərbi hücumları təcavüzkar planlarından xəbər verir" -Eltun Süleymanov

"Ermənistanın genişmiqyaslı hərbi hücumları təcavüzkar planlarından xəbər verir" -Eltun Süleymanov


17-09-2022, 21:18. Yazar: Xeberaz


“Ermənistan silahlı qüvvələrinin sentyabr ayının 13-də, gecə saatlarımnda Azərbaycanla sərhəd- Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat bu ölkəni idarə edən hərbi-siyasi rejimin işğalçı niyyətlərini bir daha ortaya qoydu.

   Baş vermiş təxribata cavab olaraq silahlı qüvvələrimiz tərəfindən adekvat tədbirlər görüldü.Heç bir şübhə yoxdur ki, baş verənlərə görə bütün məsuliyyət hələ də Ermənistanda revanşist əhval-ruhiyyəsini qızışdırmağa çalışan daxili və xarici qüvvələrin və əlbəttə ki, müstəqil siyasət yürüdə bilməyən rəsmi İrəvanın üzərinə düşür.Artıq hamıya aydındır ki, Ermənistan məhz belə təxribatlar planladığı üçün bu günədək sərhədlərin demarkasiya məsələsində hələ də təcavüzkar mövqedən çıxış edir və qəsdən mübahisəli vəziyyət yaratmağa çalışır.”

Bu fikirləri Ermənistanın Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatlarına münasibət bildirən Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

  E.Süleymanov qeyd edib ki, bu kimi təxribatlar törətməklə Ermənistan regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradır və bununla da dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir: “Əslində rəsmi İrəvan və bu marionet rejimi idarə edən qüvvələr ölkəmizə qarşı törətdikləri növbəti hərbi təxribatla bir neçə çəqsəd güdürlər. İlk növbədə Ermənistan hökuməti belə təxribatlarla revanşist niyyətlərini həyata keçirmək üçün əlvrişli şərait yaratmağa çalışır. Bir tərəfdən indiyədək hələ də Azərbaycana mina xəritələrinin verilməməsi, digər tərəfdən də bizim ərazilərdə yeni minalama cəhdləri ilə Ermənistan genişmiqyaslı hərbi hücumları üçün platforma yaratmağa və eyni zamanda da Azərbaycanın müdafiə imkanlarını məhdudlaşdırmağa səy göstərir. Bu isə açıq-aşkar rəsmi İrəvanın hələ də ölkəmizə qarşı təcavüzkar planlarından xəbər verir. Beləliklə də Ölkə Prezidenti cənab İlham Əliyevin iyunun 27-də Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında dünyada güc amilinin öz aktuallığını qoruyub saxlamasına dair dediyi sözlər bir daha öz təsdiqini tapır. Həmin tədbirdə möhtərəm dövlət başçımız demişdir: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.”

  Həmçinin erməni təxribatının daha bir məqsədi ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunu, möhkəmlənən mövqelərini zəiflətməkdir. Belə ki, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu dünyadakı antiazərbaycan qüvvələrini narahat edən əsas məqamlardan biridir. Bu da məlumdur ki, enerji təhlükəsizliyinin təminatı Azərbaycanın mövcud olduğu Cənubi Qafqaz regionunda sülhün və stabilliyin mövcudluğundan birbaşa asılıdır. Deməli, Ermənistanın hərbi təxribatların bir məqsədi də məhz Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasıdır”, - deyə o qeyd edib.

Faktinfo.az


Geri dön