Ana Sayfa > M / Karusel / Gündəm > Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu


4-09-2022, 12:31. Yazar: Xeberaz



Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə  atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi heyət və texnikamızda itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.




Geri dön