Ana Sayfa > M / Karusel / M2 / Məşhurların Taleyi > Ramiz Əzizbəyli: “Sərbəst yeriyə bilmirəm”

Ramiz Əzizbəyli: “Sərbəst yeriyə bilmirəm”


26-08-2015, 18:14. Yazar: Xeberaz
Ramiz Əzizbəyli: “Sərbəst yeriyə bilmirəm”


Xalq artisti Ramiz Əzizbəyli səhhəti ilə bağlı danışıb

Xəbəraz.az məlumat verir ki, Sənətkar Lent.az-a açıqlamasında müalicəsini ev şəraitində davam etdirdiyini, özünü yaxşı hiss etsə də yeriməyində hələ də problem olduğunu vurğulayıb: “Əhval-ruhiyyəm yaxşıdır. Müalicələrin təsiri var. Dərmanları da getdikcə azaldıram.

Həkimə gedib-gəlirəm, müayinə edirlər. Hər şey yaxşıdır. Hamıya minnətdaram. Şəhərə, küçəyə çıxıram, gəzirəm. Sərbəst yeriyə bilmirəm, bir az qıçımı çəkirəm. O da yaşımla bağlıdır. Şükür, yataqda deyiləm.

Yaradıcılığımı dayandırmışam. Artıq təqaüddəyəm, universitetə də gedib-gəlmirəm”.
Geri dön