Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma / Xəbəraz TV > Cəlilabadın baş həkimi ilə başçı müavinin aptek biznesi - Vay XƏSTƏLƏRİN HALINA...

Cəlilabadın baş həkimi ilə başçı müavinin aptek biznesi - Vay XƏSTƏLƏRİN HALINA...


16-08-2022, 13:12. Yazar: Xeberaz

 



Cəlilabadda icra başçısının müavini Elnarə Həsənova ilə rayonun mərkəzi xəstəxanasının baş həkimi Elnur Azadxanov əlbir olaraq dövlətin təchiz etdiyi dərmanlarla biznes qurublar.

Bu haqda sosial medianın “Cəlilabad” səhifəsi məlumat yayıb.

Deyilir ki, baş həkim dövlətin verdiyi dərmanları başçı müavininə məxsus apteklərdə satdırır. Bunun əvəzində xəstələr öz cibindən dərman almalı olurlar. Baş həkimin xəstəxananı bərbad, baxımsız vəziyyətə qoyduğu da bildirilir. Hazırda Cəlilabad RMX-da antisanitariya, baş alıb gedir. Azadxanov isə pul qazanmaqla məşğul olur.
Reportyor.info 



Geri dön