Ana Sayfa > M / Karusel / Gündəm > Müsavat Partiyasının bir üzvü də istefa verdi

Müsavat Partiyasının bir üzvü də istefa verdi


26-08-2015, 15:43. Yazar: Xeberaz
Müsavat Partiyasının bir üzvü də istefa verdi


Xəbəraz.az -ın məlumatına görə,Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Dərnəgül özəyinin sədri Arif Əziz istefa verib

Bu barədə "Report"a Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli bildirib.

O deyib ki, istefa partiyanın Binəqədi rayon təşkilatının Şura iclası zamanı olub: "İclasda partiyanın Dərnəgül özəyinin sədri Arif Əziz və Şura üzvü Hümbət Məmmədli istefa verib.

Onlar Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsinə etiraz olaraq bu addımı atıblar".

Arif Əziz Müsavat Partiyasından istefa verdiyini təsdiqləyib.
Geri dön