Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma > 11 633 manat vergi borcu olan “Kür-Araz Şirkəti” 18 MILYONLUQ tenderi necə udur..? - “Kür-Araz” ilə deputat Mahir Abbaszadəni nə bağlayır..?

11 633 manat vergi borcu olan “Kür-Araz Şirkəti” 18 MILYONLUQ tenderi necə udur..? - “Kür-Araz” ilə deputat Mahir Abbaszadəni nə bağlayır..?


1-07-2022, 12:51. Yazar: Xeberaz


Şirkətdə  işçilər  əmək müqaviləsi olmadan işlədilir…

Bir neçə ilin söhbətidir.  Tanışlarımızdan biri pulunu  ala bilmədiyi  üçün “Kür-Araz” MMC-yə  müraciət etməyimizi xahiş etdi.
Çox uzun axtarışdan sonra MMC-nin ofisini tapa bildik. Və söhbət əsnasında soruşduq ki, bu insanların pulunu niyə vermirsiniz..?
Söhbət bir nəfərdən getmirdi…
Söhbət onlarla  işçinin əmək haqqından gedirdi….
Deməli, “Kür-Araz”  MMC  tenderləri saxta yolla udur və sonra  udduğu milyonları müxtəlif şirkətlərə, tikinti briqadalarına  satır. Və…
Həmin tikinti briqadaları ilə danışıb  tikintinin 1 kv.m, yaxud suvaq işi filan  ..qiymətlərini  şifahi şəkildə razılaşırlar.
Təsəvvür edirsinuiz ortada   heç bir rəsmi sənəd yoxdur. Nə əmək müqaviləsi, nə sosial müdafiə fondu, nə vergi-filan…
Və işlər  bitəndən sonra  işçilərin əmək haqqı  məsələsi ortaya gələndə  rəhbərlik deyir ki, siz kiminlə danışmısınız…
Briqadanın rəhbəri deyir ki, Bəhlul müəllimlə…
“Kür-Araz”ın rəhbərliyi deyir ki,  siz bilmirsiniz ki, biz onu işdən qovmuşuq….
Və beləcə mübahisə başlayır. Razılaşdırılmış  qiymətdən ən azı 3 dəfə ucuz əmək haqqı təklif edilir. İstəyirsən al, istəmirsən xoş gəldin…
Sözün qısası, medianın müdaxiləsindən sonra  tikinti briqadasının  işçilərinin halal əmək haqqının  çətinliklə  50-60  faizini onlara  qaytara bildik.
Bax, adını  DƏLİ KÜR,  XAN ARAZ qoyan  bu şirkət  belədir.
Özü də  səhv etmiriksə, dövlət qurumları ilə bir  binada məskunlaşıblar.
Əslində bu şirkət  dövlət məmurlarından birinə məxsudur.
Bu məsələni növbəti yazlda  dəqiqləşdirib  yazacağıq.
Sözün qısası, Kür-Araz MMC  son neçə ildə  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan ən çox tender udan  şirkətdir.
Biz hələ ki,  bu şirkətin  Milli Məclisin üzvü, Məcburi Köçkünlərin Sosial İnkişaf  Fondunun direktoru  Mahir Abbaszadə ilə əlaqələrinə toxunmaq istəmirik.
Təsəvvür edirsiniz, xeyli vergi borcu olan bu şirkət 18 milyonluq tenderi udur.
Belə ki,  Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi “Kür-Araz Şirkəti” MMC-yə həvalə olunub. Bu işlər üçün şirkətə dövlət büdcəsindən 6 milyon 691 min 350 manat ödəniləcək.
“Kür-Araz Şirkəti” MMC son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçirdiyi tenderlərin 6-da qalib olub.
Bu hələ harasıdır..?
“Kür-Araz Şirkəti” MMC Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış Şeylanlı qəsəbəsində 46 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün 3 milyon 290 min, 2020-ci il martın 13-də Abşeron rayonu ərazisində 9 mərtəbəli 54 mənzilli 40 və 41 №-li yaşayış binasının tikintisi üçün 6 milyon 200 min, aprelin 9-da Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan 95 ailəlik qəsəbəsində qaz, su təchizatı və suvarma sisteminin tikintisi üçün 1 milyon 37 min, sentyabrın 24-də Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1 milyona yaxın məbləğdə tenderlərin qalibi elan olunub.
İndi gördünüzmü,  insanları işlədib  pulunu verməyən  bu şirkətə  milyonlarla  dövlət vəsaiti verilir.
Şirkət  isə  pulları mənimsəyərək,  “otkat”  yolu  ilə xeyli hissəsini  deputata  çatdırır.
Bir məsələni də xüsusi olaraq  qeyd edək.
İşçilər deyir ki, qanuna görə,  bizimlə bağlı  Dövlət Sosial Müdafiə Fonduna pul köçürülməlidir.
Amma şirkətin rəhbərliyi  bu pulu köçürmür və deyir xoşunuz gəlmirsə, rədd olun.
Şirkətlə  bağlı araşdırmalarımız davam edir.
Növbəti yazıda  öz əmək haqqını ala bilməyən fəhlələrin, tikinti briqadalarının mövqeyini öyrənməyə  çalışacağıq.
Və  bütün tərəflərin mövqeyini olduğu  kimi  dərc edəcəyik. Yəqin ki, cənab deputat Mahir Abbaszadə də öz mövqeyini açıqlayacaq.
Bizi izləyin.
https://gundelik-baku.com/

  • 0
+99

Geri dön