Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt / Araşdırma > “Bazar store” də satılan “uzunömürlü” Xəzər kilkələri – FOTOFAKT

“Bazar store” də satılan “uzunömürlü” Xəzər kilkələri – FOTOFAKT


19-06-2022, 12:36. Yazar: Xeberaz


Sosial şəbəkələrdə Bazar store mağazalar şəbəkəsində satılan mal və məhsulların üzərinə vurulmuş saxta etiketlə bağlı şəkil yayılıb.

Belə ki , 800 qramlıq Xəzər kilkəsinin qabaşdırıldığı sellafonun üzərində məhsulun istehsal tarixi 39 mart 2022-ci il yazılıb. Mart 31 gündən ibarət olduğu halda bu aya əlavə 8 günün artırılması və bunun rəsmi möhür formasında təqdim edilməsi əsl saxtakarlıqdır. Digər tərəfdən, məhsulun istifadə müddətinin göstərilməməsi də digər saxtakarlıq faktıdır.

 “Bazar store” lə əlaqə saxlayıb münasibət bildirilməsini istəsək də buna nail ola bilmədik.

Görünən kəndə bələdçi lazım olmasa da, “Bazar Store” nin mövqeyini işıqlandırmağa hazırıq.

Analoq.az






Geri dön