Ana Sayfa > M / Karusel / Şou-Biznes / Fotogalereya > Uzun müddətdir xaricdə yaşayan aparıcı Günel Musəvi nişanlandı

Uzun müddətdir xaricdə yaşayan aparıcı Günel Musəvi nişanlandı


24-08-2015, 21:41. Yazar: Xeberaz
Uzun müddətdir xaricdə yaşayan aparıcı Günel Musəvi nişanlandı




Xeberaz.az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda sosial şəbəkədə yazıb. Nişanından fotolarını paylaşan aparıcı sevincini izləyiciləri ilə bölüşüb.

Daha sonra “1news.az”a açıqlama verən G.Musəvi nişanlısından bəhs edib:

“Nişanlım azərbaycanlıdır. O da mənim kimi ABŞ-da yaşayır. Uzun illərdir tanışıq, amma sevgili kimi bir neçə ay bundan əvvəl görüşməyə başladıq. Hər zaman deyirdi ki, "Sən mənim olacaqsan”. Buna ciddi yanaşmırdım. Bir ay əvvəl evlilik təklifi aldım. Toyumuz ancaq Amerikada olacaq.

Məclisdə iştirak etmək istəyən dostlarım bura gəlmək məcburiyyətindədir. Toyu bu ilin sonunda etməyi düşünürük. Dəbdəbəli məclis planlaşdırmıram. Toy sadə və yaxın dostlarımın əhatəsində olacaq. Mən xoşbəxtəm”.


Geri dön