Ana Sayfa > M / Karusel / İdman / Foto-fakt > “Qarabağ” - “Young Boys” oyununa biletlərin qiymətləri açıqlandı

“Qarabağ” - “Young Boys” oyununa biletlərin qiymətləri açıqlandı


24-08-2015, 20:41. Yazar: Xeberaz
“Qarabağ” - “Young Boys” oyununa biletlərin qiymətləri açıqlandı
Biletlər satışa çıxarılır.

Avropa Liqasının play-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) - “Young Boys” (İsveçrə) qarşılaşmasının biletləri sabah səhər saat 10:00-dan etibarən satışa çıxarılacaq.

Xəbəraz.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 azn arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunda kassalarından əldə edə bilərsiz.

Xatırladaq ki, oyun avqustun 27-də saat 21:00-da başlayacaq. İsveçrədə keçirilən ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
Geri dön