Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > Baş prokurorluqdan Mingəçevir açıqlaması: "Baş leytenant həbs edilib"
Baş prokurorluqdan Mingəçevir açıqlaması: "Baş leytenant həbs edilib"24-08-2015, 16:33. Yazar: Xeberaz |
Mingəçevir hadisələrinə görə şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə iki maddə üzrə təqsirli bilinir. Trend-in əldə etdiyi məlumata görə, Ş.Şahlarzadə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılır. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə məlumatı təsdiqləyib. Geri dön |