Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt / Araşdırma / Reportaj > MAKROKABUS-5 nəfəri ölməklə, 21 sərnişini ağır yaralanmayla nəticələnən 9mart 2017ci il qəzasından niyə ibrət götürülmədi?

MAKROKABUS-5 nəfəri ölməklə, 21 sərnişini ağır yaralanmayla nəticələnən 9mart 2017ci il qəzasından niyə ibrət götürülmədi?


11-05-2022, 15:52. Yazar: Xeberaz

5 nəfəri ölməklə, 21 sərnişini ağır yaralanmayla nəticələnən 9mart 2017ci il qəzasından niyə ibrət götürülmədi? Vəya Nəzarətedici qurumlar niyə yenə də bu kimi hallara göz yumur?
O hallar ki, 20 yanvar metrostansiya üstündən Sumqayıta qeyri qanuni sərnişin daşıyan avtobusların yalnız adı Mikroavtobusdur. Əslində isə bucür avtobus- makrokabusdur. 
Bəli düz oxudunuz!
Məhz Makro ölüm kabusudur!
Deməli bu videçarxda bugün  sərnişini olduğum 50- EF -151 seriya nömrəli bu  "Avtobus" Yapon istehsallı,adı da  ROZA olmaqla oturacaq sayı rəsmi sayı 25 olsa da, Sürücü kimlərləsə " razılaşaraq salonun mərkəzində də əlavə 7 oturacaq quraşdıraraq 32 nəfəri birgə daşıdığının həm şahidi oldum, həm də sərnişini...
80 qəpiyə təkrarolmayan , geridönməz insan həyatını axı nəüçün icra struktur rəhbərliyi təhlükəyə atmalıdır?
Söz yox ki, bucür sərnişindaşımaya görə sürücünün qara qaşına,  qaragözünə xatir icazə vermirlər.
Bütün bu qeyd etdiklərimə rəğmən, görünür bugün bizim həyatımız , boynu qalstuklu vəzifəlilərin şəxsi mənafeyinə görə hələ  çox canlar alacaq... 
Görüb yazmağı göstərməyi bizdən, vicdanla buna yanaşaraq tədbir görmək isə, aidiyyatı Dövlət qurumlarından!

Xəyyam Qurbanlı.
Geri dön